AZ

19 yaşlı futbolçu ölü tapıldı

style='margin-bottom:10px;'>

Rays Universitetinin qadın futbol komandasının üzvü Kler Treysi 19 yaşında dünyasını dəyişib.

QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Treysi dekabrın 7-də vəfat edib. Onun ölümünün səbəbi açıqlanmayıb. Treysinin cəsədinin universitetdən 2 blok aralıda, bir yaşayış kompleksində tapıldığı bildirilir.

Qeyd edək ki, 2024-cü ilin payızından Viskonsin ştatının Menomonee Falls şəhərindən Rays Universitetində oxuyan Treysi  məktəb rəsmilərinin dediyinə görə, fəal tələbə və liseyini çoxsaylı çempionluq titullarına aparan istedadlı bir idmançı olub.

Seçilən
47
2
teleqraf.com

3Mənbələr