2025-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 16658,9 milyon manat məbləğində investisiya qoyulub.
Teleqraf Dövlət Statistika Komitəsinə istiandən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,3 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 8421,2 milyon manatı və ya 50,6 faizi məhsulistehsalısahələrinə, 5614,3 milyonmanatı (33,7 faizi) xidmət sahələrinə, 2623,4 milyon manatı (15,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 12987,5 milyon manatını və ya 78,0 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 12687,9 milyon manatı və ya 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.