Tailand və Kamboca arasındakı sərhəd toqquşmaları tammiqyaslı müharibəyə çevrilib.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, Tailand ordusu Kambocanı F-16 və artilleriya atəşi ilə bombalayıb.
Tailand əsgərləri hücuma keçərək kənd və qəsəbələri ələ keçirib. Kamboca qüvvələri isə sərhəd boyunca əks-hücuma başlayıblar.
Hər iki ölkə yüz minlərlə insanın sərhəddən təxliyə edildiyini açıqlayıb. Çərşənbə axşamı etibarilə Kamboca doqquz mülki şəxsin öldüyünü və 20 nəfərin ağır yaralandığını bildirib. Tailand isə dörd əsgərin öldüyünü və 68 nəfərin yaralandığını açıqlayıb.
Əvvəlki münaqişələr ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə dayandırılmışdı, lakin ölkələr arasında bu sakitlik cəmi 5 ay davam edib.