AZ

UNEC-də Akademik inkişaf və innovativ tədris proqramının tətbiqinə start verilib (FOTO)

Bakı. Trend:

UNEC-də müəllimlərin peşəkar inkişafınıdəstəkləmək və müasir təhsil yanaşmalarının tətbiqinigenişləndirmək məqsədilə Akademik İnkişaf və İnnovativ TədrisProqramına start verilib.

Proqram universitetdə tədris prosesinə innovativ metodlarınsürətli inteqrasiyasını təmin etməyi və müəllimlərin müasirpedaqoji kompetensiyalarını artırmağı hədəfləyir. Bu çərçivədəUNEC-in 100 müəlliminə müxtəlif mövzularda təlimlər keçirilir.Təlimlər “Tədrisin əsas prinsipləri və pedaqoji dəyərlər”,“Sillabus tərtibatı və fənn dizaynı”, “Qiymətləndirmə vərubriklər”, “Rəqəmsal savadlılıq və Süni İntellekt ilə tədrismateriallarının hazırlanması”, “Tələbə mərkəzli tədris metodları”və digər mövzuları əhatə edir.

Müəllimlərin Süni İntellekt alətlərindən istifadə etməklə tədrismateriallarını hazırlaması onlara vaxta qənaət etmək imkanıyaratmaqla yanaşı, dərsləri daha interaktiv və tələbə yönümlü edir.Bu isə UNEC-in tədrisdə rəqəmsallaşma və innovasiya yanaşmasınıdaha da gücləndirir.

Təlimlər UNEC-in xaricdə müvafiq sahələr üzrə ixtisaslaşmışmüəllimləri tərəfindən aparılır. Proqramın sonunda müəllimlərindərs planlaşdırması, qiymətləndirmə, müasir tədris strategiyalarıvə rəqəmsal alətlər üzrə kompetensiyalarının artırılmasınəticəsində tələbələr üçün daha səmərəli və keyfiyyətli tədrismühiti formalaşdırılacaq.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Məqalədə:
Seçilən
10
8
az.trend.az

9Mənbələr