AZ

Amerikaya səfər etmək istəyənlərin nəzərinə

Amerika Birləşmiş Ştatları (ABŞ), viza azadlığı tətbiq etdiyi 42 ölkədən gələcək turistlərin sosial media paylaşımlarını araşdırmağı planlaşdırır.

"Cebheinfo.az" "The New York Times" qəzetinə istinadən xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi, viza azadlığı proqramına daxil olan ölkələrdən gələcək turistlər üçün nəzərdə tutulan yeni tədbirləri açıqlayıb.

İngiltərə, Fransa, Almaniya və Cənubi Koreya kimi ölkələrin də daxil olduğu 42 ölkənin vətəndaşları, rəqəmsal səyahət icazəsi aldıqları halda ABŞ-də viza olmadan 90 günə qədər qala bilirlər. Yeni plan isə müraciət edən şəxslərdən tələb olunan məlumatların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Əgər plan qəbul olunarsa, ABŞ-yə səfər etmək istəyən şəxslərdən son 5 ildəki sosial media hesabları ilə yanaşı, son 10 ilə aid e-poçt ünvanları, ailə üzvlərinin adları, doğum tarixləri və yaşayış ünvanları kimi məlumatları təqdim etmələri tələb olunacaq.

Hazırkı sistemdə viza azadlığına malik ölkələrdən müraciət edən şəxslər əlaqə məlumatlarını təqdim etməklə 40 dollar qarşılığında rəqəmsal səyahət icazəsi alır və bu icazə 2 il müddətində qüvvədə qalır.

Seçilən
14
cebheinfo.az

1Mənbələr