AZ

“Ermənistan Azərbaycana bu imkanı yaratmalıdır”

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Ermənistan Azərbaycanla iqtisadi-ticarət sahəsində əməkdaşlığa hazırdır. Buraya neft məhsullarının alışı da daxil ola bilər”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Bununla belə, erməni spiker diqqəti yalnız yanacaq üzərinə çəkməməyə çağırıb. O bildirib ki, enerji daşıyıcılarının alternativ mənbələri nə qədər çox olarsa, Ermənistan üçün bir o qədər yaxşıdır.

Onun sözlərinə görə, İrəvan da Azərbaycanın öz məhsullarını Ermənistan ərazisi vasitəsilə Naxçıvan və Türkiyəyə ixrac etməsinə imkan yaratmalıdır.

Bildirilib ki, bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr davam etdirilir və o bu tranzitin yaxın zamanlarda mümkün olacağını istisna etməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bəyanat yayaraq, ölkənin Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə birdəfəlik olaraq rüsum tətbiq etməyəcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
qafqazinfo.az

2Mənbələr