ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Yunanıstan mediası Türkiyənin "ASELSAN" şirkətinin 100 kilometrə qədər uça bilən yeni "KGK-84" ağıllı sursatının təqdimatından sonra həyəcan vəziyyətinə düşüb.
"AzPolitika" xəbər verir ki, yunan mediası "Türkiyə artıq istənilən hədəfi yüksək dəqiqliklə vura bilər" kimi başlıqlarla, bunu Egey və Trakyadakı güc balansını dəyişdirən "şok üstünlük" kimi təsvir ediblər.
"KGK-84, Amerika JDAM-ER-inə bənzəyir. Lakin əhatə dairəsi baxımından onu xeyli üstələyir. KGK-84 100 km, JDAM-ER isə 75 km mənzilə malikdir", -deyə yunan KİV-ləri yazıb.
Bildirilir ki, Türkiyə artıq Yunanıstanın şərqindəki adalara böyük atəş gücü ilə zərbə endirə bilər.
Türkiyə müdafiə sənayesinin bu inkişafı yunan mətbuatında "milli təhlükəsizlik təhdidi" kimi qələmə verilib.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.