AZ

YAP-ın rayon təşkilatı Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirib

Yazını böyüt
Yazını kiçilt

Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı dekabrın 10-da Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir təşkil edib.

Hafta.az xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş olunub, ardınca Dövlət Himni səsləndirilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək bildirib ki, Ulu Öndərin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. O, Ümummilli Liderin sosial-iqtisadi islahatlarından danışıb, ordu və hüquq sisteminin inkişafı sahəsindəki fəaliyyətini vurğulayıb. Muxtar Nağıyev qeyd edib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev xalqımızı yumruq tək birləşdirərək torpaqlarımızın azad olunmasını təmin edib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxışında Cənubi Qafqazın strateji əhəmiyyətindən danışıb və bildirib ki, Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanın real müstəqilliyinə doğru addımlar atıb, dövlətçilik ənənələrini qoruyub və müasir baxış formalaşdırıb.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Ulu Öndərin siyasi fəaliyyətini və həyat yolunu xatırladaraq qeyd edib ki, Ümummilli Lider ölkəmizin ən ağır dövründə xalqımızın yanında olub. O diqqətə çatdırıb ki, Ulu Öndərin amallarının yaşadılması, bu yolun davam etdirilməsi üçün Prezident İlham Əliyevin ətrafında birləşmək vacibdir.

Tədbirdə çıxış edən digər şəxslər də Ulu Öndərin vətənpərvərliyini və xalqına olan sevgisini qeyd ediblər.

Seçilən
51
hafta.az

1Mənbələr