AZ

Vətəndaşlara verilən Zəngilana köç vədi – Hazırlaşın dedilər, amma aylar keçib… – VİDEO

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli kəndinə də xeyli ailə köçürülüb.

NOCOMMENT.az xəbər verir ki, sosial media platformasında sakinlərdən biri müraciət yayıb.

O, video müraciətində köçmək üçün hazır olduqlarını deyib.

“Bizə dedilər ilk köçdə siz olacaqsız, lakin püşkatma olub bizi çağırmayıblar”, – deyə qeyd edib.

Videomüraciətə reaksiya verən bir çox sosial şəbəkə istifadəçiləri də eyni halla qarşılaşdıqlarını deyiblər.

“Biz də səninlə eyni vəziyyətdəyik. 3 aydır püşkatmada ev nömrəsi veriblər. Biz də nəyimiz var yığıb hazır qoymuşuq, hələ də gözləyirik”, “Mənə də 2 ildir hər ay zəng gəlir ki, hazırsan? Amma hələ də mən hazır gözləyirəm” – deyə qeyd ediblər.

Hətta şikayətçilərdən biri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalovun vətəndaşları aldatdığını iddia edib.

“Bizə də elə eləyiblər. Gedin hazırlaşın, gedirsiz dedilər. 1 ay gözlədim, axırda zəng etdim ki, nə vaxt gedirik?. Katibə qız dedi ki  Eldar Zeynalov aldadır, hamıya elə söz deyir”, – deyərək qeyd edib.

Şikayətçilərin paylaşımlarını təqdim edirik:

Seçilən
36
nocomment.az

1Mənbələr