Cənubi Koreya Müdafiə Nazirliyi Rusiya və Çin hərbi attaşelərinə hərbi təyyarələrinin Cənubi Koreyanın Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına (KADIZ) qısa müddət ərzində daxil olması ilə bağlı etiraz edib .
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Eyni zamanda, Birləşmiş Qərargah Rəisləri respublikanın hava məkanının pozulmadığına aydınlıq gətirib.
Qeyd edək ki, Rusiya və Çin əvvəllər Asiya-Sakit okean regionunda hava patrulları həyata keçirib . Manevr zamanı iki Çin və yeddi Rusiya hərbi təyyarəsi qısa müddətə KADİZ zonasına daxil olub.