AZ

Azərbaycanda KASKO sığortası bazarı 20%-dək böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2025-ci ilin yanvar-oktyabr aylarında 60 milyon 676 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 milyon 978 min manat və ya 19,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 7 milyon 930 min manat və ya 43,1% artaraq 26 milyon 309 min manata çatıb. 2024-cü ilin yanvar-oktyabr aylarında bu növ üzrə yığımların məbləği 50 milyon 698 min manat, ödənişlərin məbləği isə 18 milyon 379 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
157
50
banco.az

10Mənbələr