AZ

Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar 3% artıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında əsas kapitala 16,659 milyardmanat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3faiz çox investisiya yönəldilib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, neft-qaz sektoruna yönəldilmiş investisiyalarınhəcmi 8,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmişinvestisiyaların həcmi isə 8,3 faiz artıb. İstifadə olunmuşinvestisiyanın 8,421 milyard manatı və ya 50,6 faizi məhsulistehsalı sahələrinə, 5,614 milyard manatı (33,7 faizi) xidmətsahələrinə, 2,623 milyard manatı (15,7 faizi) isə yaşayış evlərinintikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların12,987 milyard manatını və ya 78 faizini daxili investisiyalartəşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 12,688 milyard manatıvə ya 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinəyetirilməsinə sərf olunub.

Seçilən
5
az.trend.az

1Mənbələr