Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Taksi sürücülərinin cərimələnməsi məsələsi birbaşa şirkət tərəfindən deyil, sürücünün özü ilə bağlıdır və bu prosesin nəzarət mexanizmləri ilə izlənməsi bəzi insanlar tərəfindən birmənalı qarşılanmaya bilər".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, əgər cərimə səbəbi açıq şəkildə sistemdə qeydə alınırsa, proses daha şəffaf və etibarlı görünür:"Nəzarət mexanizmləri ədalətli və balanslı qurulmalı, sürücülərə qarşı haqsızlıq yaranmamalıdır. Əks halda platforma və sistemlərdə dəyişikliklər edilməli, sürücülərin əlavə əziyyət çəkməsinin qarşısı alınmalıdır". Ekspert bildirib ki, bu cür cərimələr sürücülərin gəlirlərinə və ailə büdcəsinə birbaşa təsir göstərir:"Nəticədə, haqsız cərimələr sosial narazılığın artmasına və ümumi narazılıq mühitinin yaranmasına səbəb ola bilər". Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.