Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Bu günə qədər ölkəmizdə müxtəlif tikinti şirkətləri tərəfindən aldadılmış və zərər çəkmiş vətəndaşların sayı 5250-dən artıqdır. Əvvəllər vahid dövlət reyestrinin və satış mexanizmlərinə nəzarətin olmaması tikinti şirkətlərinin sui-istifadə hallarına yol açırdı. Hazırda isə bir çox şirkətlər brend imicini qorumağa çalışdığı üçün aldatma halları azalsa da, risk tam aradan qalxmayıb".Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, xüsusilə tikilməkdə olan binalardan mənzil alınarkən vətəndaşlar şirkətin təqdim etdiyi sənədlərə inanmağa məcbur qalırlar:"Buna görə də ekspertlər məsləhət görür ki, alıcılar müqaviləli mənzil almazdan əvvəl mütləq bir vəkil və ya hüquqşünasın xidmətinə müraciət etsinlər. Hüquqşünas şirkət, sənədlər və tikilinin statusu ilə bağlı lazım olan sorğuları apararaq mənzilin təhlükəsiz olub-olmadığını əvvəlcədən müəyyən edə bilər".Ekspert bildirib ki, bazar qiymətindən xeyli ucuz təklif olunan mənzillər yüksək risk daşıyır:"Belə hallarda əmlakın sənədlərində və hüquqi statusunda problem olma ehtimalı böyükdür. Çıxarışlı mənzillərdə isə bu tip risklər minimumdur, çünki onların alqı-satqısı yalnız rəsmi qaydada həyata keçirilir. Vətəndaşlara çıxarışlı mənzilləri yalnız birbaşa əmlak sahibindən rəsmi müqavilə ilə almaq tövsiyə olunur".Onun sözlərinə görə, hazırda ölkədə yüz minlərlə çıxarışı olmayan fərdi yaşayış evi mövcuddur və onların satışı çox zaman etibarnamə, qarşılıqlı razılıq və ya kommunal sayğacların ad dəyişikliyi ilə icra edilir:"Bu isə ciddi təhlükə yaradır. Çünki bəzi ərazilərdə gələcəkdə çıxarış verilməsi mümkün deyil və həmin evlərin dövlət tərəfindən sökülməsi ehtimalı da var. Bu səbəbdən alıcılar bu tip əmlaklarla bağlı xüsusilə ehtiyatlı olmalıdırlar".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.