Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
Onun üzərindən satış məqsədilə əldə etdiyi marixuana aşkarlanaraq götürülüb
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Natiq Mustafayev saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, N.Mustafayevin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib.
Onun üzərindən satış məqsədilə əldə etdiyi marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.