AZ

Qazaxıstan “Kaşağan” neftini Çinə yönləndirəcək

Astana, 10 dekabr, AZƏRTAC

Qazaxıstanın Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturunun dronlarla zədələnməsindən sonra “Kaşağan” yatağından neft ixrac marşrutlarını yenidən nəzərdən keçirmək qərarına gəlib.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, nazirlik XBKK dəniz terminalına edilən hücumların ixracı tamamilə dayandırmadığını bildirib. “Təhlükəsizlik tədbirləri görülməklə, yükləmə mövcud liman infrastrukturu vasitəsilə davam etdirilir. Hazırda yükgöndərənlərlə birlikdə nazirlik tərəfindən neft həcmlərinin yenidən bölüşdürülməsi üzrə operativ iş aparılır. O cümlədən müəyyən həcmdə “Kaşağan” neftinin Çinə yönləndirilməsinə dair tədbirlər görülüb. Vəziyyət Energetika Nazirliyi tərəfindən davamlı olaraq nəzarət altındadır”, - deyə məlumatda vurğulanıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
32
azertag.az

1Mənbələr