AZ

Ümumi təhsil müəssisələrində istilik təchizatı ilə bağlı vəziyyət açıqlanıb

Bakı. Trend:

2025–2026-cı tədris ili üzrə istilik mövsümünə hazırlıqçərçivəsində Bakı və regionlarda ümumilikdə 1873 təhsilmüəssisəsində (1500 ümumi, 373 məktəbəqədər) texniki işləraparılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, son iki ildə ölkə üzrə əlavə olaraq 300-dən çoxtəhsil müəssisəsində qazlaşma prosesi həyata keçirilib.

"Əlavə olaraq qeyd edək ki, alternativ yanacaq təminatıçərçivəsində 536 ümumi, 334 məktəbəqədər təhsil müəssisəsi üçünzəruri ehtiyacda odun və 408 ümumi, 197 məktəbəqədər təhsilmüəssisəsi üçün isə pellet yanacağı təmin edilib.

Ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatındayarana biləcək məsələlərin araşdırılması və həlli üçün regionaltəhsil idarələrinin müvafiq Çağrı Mərkəzləri ilə əlaqə yaratmaqmümkündür.

Regionlarda yaradılmış işçi qrupları istilik təminatı ilə bağlımümkün problemlərin, eyni zamanda fövqəladə halların aradanqaldırılması və operativ həlli məqsədilə təlimatlandırılıblar".

Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yaranabiləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyudavam etdiriləcək.

Seçilən
13
18
az.trend.az

10Mənbələr