
Kolumbiyada 5,9 bal gücündə zəlzələ baş verib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri 200 mindən çox sakini olan Floridablanka şəhərindən 38 km cənub-şərqdə yerləşib. Zəlzələnin mərkəzi 157 km dərinlikdə olub.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.