ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suraxanı qəsəbəsi-Bakıxanov-Neapol dairəsi istiqamətində hərəkət edən 40 saylı marşrut avtobusunun sürücülərindən narazılıq var.
Bu barədə sərnişinlər Gununsesi.info-ya bildiriblər.
Sərnişinlər bildirib ki, dəfələrlə irad bildirilsə də sürücülər yüksək səslə bayağı mahnılara qulaq asırlar.
Bildirilib ki, onlar edilən narazılığa məhəl qoymur və sərnişinlərə “düş, taksi ilə get” deyirlər.
Şəbnəm
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.