AZ

“Aqrar və qida sektorunun inkişafı innovativ yanaşmalar tələb edir” DEPUTAT

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Biznes Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq Qida və Aqrar Biznes Forum – Sərgi 2025” keçirilib. Tədbirdə yerli və xarici iş adamları, dövlət qurumlarının rəsmiləri, qida və aqrar sektorun mütəxəssisləri, fermerlər və investorlar iştirak ediblər.

Forum qida təhlükəsizliyi, kənd təsərrüfatında innovasiyalar, rəqəmsal həllər, dayanıqlı inkişaf və ixrac imkanları kimi sahələrdə müzakirələr üçün geniş platforma yaradıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, qida və aqrar sektorun dayanıqlı inkişafı üçün innovativ yanaşmaların tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır:

“Qida təhlükəsizliyinin təmin edilməsi, müasir aqrotexnologiyaların istehsalat proseslərinə inteqrasiyası və fermer təsərrüfatlarının dəstəklənməsi ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindəndir”.

O qeyd edib ki, yerli və xarici iş adamları arasında qurulan yeni tərəfdaşlıqlar, B2B görüşlər və təcrübə mübadiləsi təkcə sektorun deyil, bütövlükdə ölkə iqtisadiyyatının güclənməsinə xidmət edir.

“Bu cür forumlar əməkdaşlıq imkanlarını genişləndirir, bazar tendensiyalarına uyğun addımlar atmağa və innovativ biznes modellərinin tətbiqinə şərait yaradır.

Bu təşəbbüs aqrar və qida sektorunun inkişafına, beynəlxalq əlaqələrin genişlənməsinə, eləcə də bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verir. Forumun təşkilinə görə bütün tərəfdaşlara təşəkkür edir, iştirakçı şirkətlərə və nümayəndələrə fəaliyyətlərində uğurlar arzulayıram”-deyə deputat əlavə edib.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr