Almaniyanın "Maqdeburq" klubunun yarımmüdafiəçisi Rayan Qribr oyun vaxtı maraqlı hadisə ilə üzləşib.
Publika.az xəbər verir ki, o, İkinci Bundesliqa çərçivəsində keçirilən "Herta" ilə oyununun 100-cü dəqiqəsində vurduğu qolla komandasına 3 xalı gətirib. Lakin onun qol sevinci tam bir trillerə çevrilib.
Eyforiya içində olan Qribr azarkeşlərə tərəf qaçıb və tərəddüd etmədən baryeri aşıb. Lakin fanatlarla qucaqlaşmaq əvəzinə, təxminən doqquz fut (təqribən 2,7 metr) dərinlikdəki beton xəndəyin dibinə düşüb.
O boşluqda yıxılmış vəziyyətdə görünüb. Xoşbəxtlikdən, 26 yaşlı oyunçu tezliklə oradan çıxa bilib. Komanda yoldaşları onu gülümsəyərək qarşılayıb. Hakim isə soyuqqanlı şəkildə ona sarı vərəqə göstərib.
Bu görüntülər sosial şəbəkələrdə kütləvi şəkildə yayılı. Qribrin gülməli "uçuşu" dərhal viral olub.