Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu rəqqasə Fatimə Fətəliyevanın ifasını tənqid edib.
"Yeni Sabah" xəbər verir ki, "Afaqla 10lar" verilişində qonaq olan Hüseyn Fatimənin ifasını eşidəndə əsəbiləşib.
"İmkanım olsaydı, bu mahnını üstündən xətt çəkərdim. Belə mahnılar oxumaq olmaz. Azərbaycan incəsənətini məhv etmək istəyən insanlardılar. Fatimə dostumdur, əzizimdir, amma bu mahnı deyil".
Verilişdə qonaq olan Ayan Babakişiyeva da onun fikirlərinə şərik olub.
Aydan Hacı
Telegram kanalımız