AZ

Sürücülərin ara məsafəsini normadan az saxlaması qəza riskini ciddi şəkildə artırır - AÇIQLAMA

Bakı, 10 dekabr, AZƏRTAC

Yollarda ara məsafəsinin düzgün saxlanılmaması qəzaların başvermə hallarına birbaşa təsir edən amillərdəndir.

Bu barədə AZƏRTAC-a nəqliyyat eksperti Aslan Əsədov açıqlama verib.

Ekspert bildirib ki, xüsusilə sıx hərəkət olan magistrallarda sürücülərin ara məsafəsini normadan az saxlaması qəza riskini ciddi şəkildə artırır.

“Ara məsafəsinin pozulması ölkəmizdə baş verən qəzaların ən azı 20–25 faizində əsas səbəb kimi qeyd olunur. Sürücülərin tələsik davranışı, diqqətin yayınması və hava şəraitini düzgün qiymətləndirməməsi nəticədə toqquşmaların sayını artırır. Yağışlı və qarlı havalarda sürücülər ən azı iki dəfə artıq məsafə saxlamalıdırlar. Çünki yolun sürüşkənliyi əyləc məsafəsini artırır”, – deyə Aslan Əsədov bildirib.

Ekspertin sözlərinə görə, maarifləndirmə ilə yanaşı, beynəlxalq təcrübədə tətbiq olunan ara məsafəsinə nəzarət sistemlərinin ölkəmizdə də yaradılması qəzaların sayının azalmasına müsbət təsir göstərə bilər.

Seçilən
42
azertag.az

1Mənbələr