AZ

İranda 7 siyasi məhbusun edam hökmü təsdiqləndi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İranda əsassız ittihamlarla həbs olunduğu bildirilən 7 siyasi məhbusun edam qərarları Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən qüvvədə saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, mühakimələrin qısa müddətdə aparıldığı və məhkumlara müdafiə imkanı verilmədiyi qeyd olunur.

Edamı təsdiqlənənlər Məhəmməd Təqəvi, Puya Qubadi, Vəhid Bəniamerian, Əkbər Daneşvərkar, Babək Əlipur və Əbülhüseyn Müntəzirdir.

Bundan əlavə, Kərim Xocəstə də “silahlı fəaliyyət” ittihamı ilə edama məhkum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
axar.az

1Mənbələr