Bakı. Trend:
Budapeşt Avropa İttifaqının köçürülmə prosesində iştirakçıölkələr arasında miqrantların bölgüsünü nəzərdə tutan miqrasiyapaktını rədd edir və onun müddəalarını məhkəmədəmübahisələndirəcək.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş nazir ViktorOrbanın Aparat rəhbəri Qerqey Quyyaş bəyan edib.
Quyyaş vurğulayıb ki, ümummilli referendumda artıq böyük səsçoxluğu ilə miqrantların köçürülməsi təklifi xalq tərəfindən rəddedilib. O bildirib ki, miqrasiya məsələləri ilə bağlı qərarlarıyalnız macar xalqı qəbul edə bilər.
Baş nazirin Aparat rəhbəri həmçinin qeyd edib ki, Budapeştpaktın əleyhinə çıxmaq və onun müddəalarını qüvvəyə minəcəyitəqdirdə Avropa İttifaqı Məhkəməsində mübahisələndirməkniyyətindədir.