Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Gəncə şəhərində iki nəfər arasında borc üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 18-də Gəncə şəhər dəmiryolu peronunda yerləşən “Qış Klubu” adlanan ərazidə baş verib. Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Müslüm Babayev həmin ərazidə tanışı Əvəz Bağırov (ad-soyad şərtidir – red.) ilə mübahisə edib, əl zərbələri ilə onu vurub. İstintaq orqanı tərəfindən M. Babayevin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, tanışı Əvəzə 80 manat məbləğində borc verib: “Pulu olduqda borcu qaytaracağını deyib. Bir müddət keçməsinə baxmayaraq Əvəz borcunu qaytara bilmədi. Hadisə günü ə saat təxminən 11:00-da Əvəz ilə dəmiryolu peronunda rastlaşdım. Ondan borcu qaytarmasını istədim. Həmin vaxt Əvəz hazırda pulunun olmadığını, qısa vaxtda qaytaracağını dedi. Mən bundan əsəbləşdim. Bundan sonra biz dəmiryolunun peronunda yerləşən “Qış klubu” deyilən yerə getdik. Orada söhbət edən zaman Əvəzdən təkidlə pulumu istədim. Bu zaman onun üz nahiyəsinə yumruqla vurdum və mübahisənin böyüməməsi üçün oradan uzaqlaşdım. Daha sonra isə polis əməkdaşları məni polis şöbəsinə dəvət etdilər. Mən polis şöbəsinə yaxınlaşan zaman Əvəzin şikayət etdiyini bildim”.İş üzrə zərərçəkmiş Əvəz ifadəsində göstərib ki, 2025-ci ilin yanvar ayının əvvəllərində tanışı Müslümə maddi vəziyyətinin pis olduğunu deyib və işlədiyi zaman qaytarmaq şərti ilə 80 manat məbləğində borc alıb: “Bir ay keçdikdən sonra Müslüm məndən dəfələrlə 80 manat borcunu tələb etmək istədi. Bu zaman iş tapa bimədiyim üçün borcu qaytara bilmədim. Martın 18-də Müslümlə rastlaşdım. O, məndən borcunu istədi. Mən də ona pulumun olmadığını dedim. Bundan sonra biz dəmiryolunun peronunda “Qış klubu” adlanan yerə getdik.. Orada Müslüm məndən yenidən pulunu istədi. Mən isə pulumun olmadığı, pulum olduğu zaman qaytaracağımı dedim. Bu zaman üzümə bir dəfə yumruqla vurdum”. Bu işə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə M. Babayevin əməli Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib. Hökmə əsasən, Cinayət Məcəllənin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilib. İş üzrfə icraata xitam verilib.Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.