AZ

Rusiya atəşkəs üçün deyil, Ukraynada sülh üçün çalışır Peskov

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynada sülh üçün çalışdığını deyib.

Bizimyol.info xəbər verir ki, Rusiya mediasının məlumatına görə, o, bu şərhi Ukrayna prezidenti Vladimir Zelenskinin enerji atəşkəsinə hazır olması ilə bağlı açıqlamasına cavab olaraq verib.

"Rusiya atəşkəs üçün deyil, Ukraynada sülh üçün çalışır", - deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın imzalanmış sənədlər əsasında əldə edilən davamlı və uzunmüddətli sülhə ehtiyacı var. O, həmçinin qeyd edib ki, Kreml Zelenskinin prezident seçkilərini keçirməyə hazır olması ilə bağlı açıqlamalarından sonra vəziyyətin necə inkişaf edəcəyini izləyəcək. Peskov vurğulayıb ki, Moskva hələ Vaşinqtonla bu məsələni müzakirə etməyib.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl bildirib ki, Moskva belə bir təşəbbüsü qəbul edərsə, Kiyev Rusiya ilə enerji atəşkəsi bağlamağa hazır olacaq. "Ruslar enerji atəşkəsinə hazırdırlarsa, biz də hazırıq. Bu, xalq üçün çox vacibdir", - deyə o bildirib.

Prezident Zelenski həmçinin beynəlxalq tərəfdaşları seçkilər zamanı təhlükəsizliyi təmin edə bilsələr, prezident seçkilərinə hazır olduğunu da açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
icma.az

1Mənbələr