AZ

“Milan” Alisson Bekkerlə danışıqlara başladı

style='margin-bottom:10px;'>

“Liverpul”un qapıçısı Alisson Bekker İtaliya nəhəngi “Milan”ın transfer hədəfinə çevrilib.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

“Milan” artıq “Liverpul” rəhbərliyi ilə danışıqlara start verib və braziliyalı qolkiperin transferini qısa müddətdə həll etmək istədiyini açıq şəkildə bildirib. Klub hesab edir ki, məhz indi – Alissonun müqaviləsinin son ilinə sayılı aylar qaldığı vaxt – transfer üçün ideal zamandır.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2018-ci ildən “Liverpul”da oynayır. O, cari mövsümdə bütün turnirlərdə 14 matça çıxıb, 19 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlaya bilib.

Seçilən
16
2
teleqraf.com

3Mənbələr