AZ

NATO Rusiyanı çəkindirmək üçün Kalininqrad üzərində daimi təzyiq saxlamalıdır - Mark Sedvill

NATO Rusiyanı çəkindirmək üçün Kalininqrad üzərində daimi təzyiq saxlamalıdır - Mark Sedvill

NATO ölkələri Rusiyanın alyansa qarşı mümkün aqressiyasının qarşısını almaq üçün Kalininqrad üzərində sistemli təzyiq göstərməlidir.

AFN.az xəbər verir ki, bu, Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun keçmiş milli təhlükəsizlik üzrə müşaviri Mark Sedvill "The Independent" üçün yazdığı məqalədə əksini tapıb. O, qədim çinli strateq Sun Szydan sitat gətirərək qeyd edib ki, müharibənin ən yüksək sənəti döyüşə girmədən düşmənin iradəsini qırmaqdır. Sabiq müşavir NATO-nun Moskvaya münasibətdə də bu taktikanı tətbiq etməli olduğunu vurğulayıb.

Sedvill xatırladıb ki, Kalininqrad quru və dəniz təchizatına bağlıdır və bu marşrutlar NATO ölkələrinin nəzarəti altındadır. Onun sözlərinə görə, alyans Rusiyanın digər zəif nöqtələrinə də təsir göstərə bilər — xüsusilə köhnəlmiş infrastruktur və Qərb texnologiyalarından asılılıq. O, həmçinin NATO-nun Rusiyanın enerji və hərbi infrastrukturuna qarşı kiberhücum gücünü nümayiş etdirməli olduğunu deyib.

Sabiq müşavir əlavə edib ki, NATO ölkələri öz sularında Rusiya gəmilərini saxlamalı və beynəlxalq sularda kabel xəttlərinə hücumlara cavab verə bilmək üçün eksteritorial qanunvericilik qəbul etməlidir. Onun fikrincə, belə addımların riski Rusiyanı təhrik etməkdə deyil, çünki Moskva artıq hücum edir: “Əsas risk odur ki, adekvat cavab verməmək daha çox aqressiyanı şirnikləndirir”.

Seçilən
15
afn.az

1Mənbələr