AZ

“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”

ain.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

“Biz hər zaman deyirik ki, ev şəraitində hazırlanan turşular, bazarlarda, insanların sıx toplaşdığı yerlərdə ev turşusu adı ilə satılır. Müxtəlif adlar altında satılan bu turşuların hazırlanmasına bəs hansı qayda və normalara əməl olunur? Mən deyərdim ki, heç bir norma və qaydalara əməl olunmur. Bu gün həmin o evdə hazırlanmış turşular birbaşa insanlar üçün qida yox, əsl təhlükə mənbəyidir”.

Bunu Adalet.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə mütəxəssis İlkin Şirinov deyib.

O, bildirib ki, botulizmdən zəhərlənmə məsələsində birbaşa ev turşularında təsadüf olunur:

“Bunun da səbəbi çox sadədir. Gigiyenik, sanitar normlara əməl olunmur və bu kimi hallar gətirib bu həmin məsələlərə çıxarır.  Turşu qabları əvvəlcə təmizlənməlidir, meyvə və tərəvəzlər şəffaf olmalıdır. Həmçinin burda duz və sirkədən normaya uyğun istifadə olunmalıdır. Əgər hazırlanan turşunun qapağında şişmə, suyunda bulanıqlıq varsa, həmin tərəvəzlər qabın üst hissəsində kifləyibsə, bundan istifadə etmək olmaz. 

Ev şəraitində hazırlanan turşular inanlar üçün risk kateqoriyasına daxildir. Yəni insanların bundan zəhərlənməsi halları tez-tez baş verir. Bu turşuları bağlayarkən heç bir mütəxəssis rəyi soruşulmadan müxtəlif dərmanlardan istifadə olunur. Duz və sirkə balansını normadan artıq istifadə edirlər. Bununla yanaşı, bağlanan turşunun saxlanma yerini düzgün seçmirlər. Bəzən görürsən ki, bağlanan turşuları mətbəxdə saxlayırlar. Mətbəxdə isə yemək bişdiyinə görə temperatur isti olduğundan burda turşu saxlamaq qətiyyən yolverilməzdir. Hazırlanan turşuları anbarda və ya soyuducuda saxlamaq olar. Bir sözlə, sərin yerdə saxlamaq lazımdır”. 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
adalet.az

2Mənbələr