AZ

İki qayda pozuntusuna yol verən sürücünün hərəkətləri kameraya düşdü VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yük avtomobili sürücüsünün törətdiyi qayda pozuntuları kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 30-da, Biləcəri-Binəqədi yolunda qeydə alınıb. Belə ki, 99-JE-476 qeydiyyat nişanlı "Hyundai" markalı yük avtomobilinin sürücüsü yolun əks tərəfində parklanma edib. Qanunvericiliyə görə, ikitərəfli yolların sol hissəsində dayanma-durma qadağandır. Sürücü daha sonra hərəkətə başlayaraq görüntünü qeydə alan avtomobilin qarşısını kəsib və yoluna davam edib.

Beləliklə sürücü həm dayanma-durma, həm də manevr qaydasını pozub.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr