AZ

ABŞ Konqresində NATO-dan çıxmaq təklifi irəli sürüldü

Ajans.az xəbər verir ki,bu barədə siyasətçinin rəsmi saytında dərc olunan bəyanatda bildirilir: “NATO Soyuq Müharibənin qalığıdır. Biz alyansdan çıxmalı və bu pulu sosialist dövlətlərini deyil, öz ölkəmizi müdafiə etmək üçün istifadə etməliyik”. Massi vurğulayıb ki, NATO 30 ildən çox əvvəl dağılan Sovet İttifaqına qarşı yaradılmışdı. Onun sözlərinə görə, alyansa üzvlük Amerika vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və ABŞ üçün xarici münaqişələrə cəlb olunmaq riskini artırmağa davam edir. Konqresmen əlavə edib ki, “Amerika bütün dünya üçün ‘təhlükəsizlik yorğanı’ rolunu oynamamalıdır — xüsusən də varlı ölkələr öz müdafiə xərclərini qarşılamaqdan imtina etdikdə”. Qanun layihəsi ABŞ prezidentindən NATO müqaviləsinin 13-cü maddəsinə əsasən alyansa çıxmaq barədə rəsmi bildiriş göndərilməsini tələb edir. Sənəd həmçinin ABŞ büdcə vəsaitlərinin NATO strukturlarının maliyyələşdirilməsinə yönəldilməsini qadağan etməyi nəzərdə tutur. Oxşar qanun layihəsi Senata respublikaçı Mayk Li tərəfindən təqdim edilib.

 

Seçilən
22
Ajans.az

1Mənbələr