AZ

TƏBİB 7.6 milyonluq təcili tibbi yardım avtomobilləri alır - Tender keçirməyib

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım və digər avtomobillər alır.

 

Pravda.az-ın xəbərinə görə, xərclənəcək vəsaitin həcmi 7 626 063 manatdır.

 

Qurum və satışı həyata keçirəcək “Az-Tex-İmport” MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Bu, “bir mənbə metodu” hesab olunur.

 

Cabir

Tarix: 10 Dekabr 2025, 15:38   
Seçilən
10
pravda.az

1Mənbələr