AZ

Ruslar yenə keçmişlə sayıqlayır

Milli Olimpiya Komitəsi Olimpiya ayısının obrazından yenidən istifadə etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın idman naziri Mixail Deqtyaryov bildirib.

Onun sözlərinə görə, bu obraz əsasında yeni talisman yaradılıb və 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançıları müşayiət edəcək.

“Çox gözəl görünür və mənşəyi bilinməyən mavi ayını əvəz edəcək. Bizim öyrəşdiyimiz, normal bir ayı olacaq”, — deyə Deqtyaryov qeyd edib.

Hazırda yeni ayı Federal Əqli Mülkiyyət Xidmətində əmtəə nişanı (ticarət markası) kimi qeydiyyatdan keçirilir.

2026-cı il Olimpiya Oyunları 6–22 fevral tarixlərində Milan və Kortina-d’Ampepso şəhərlərində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən buraxılacaq rusiyalı idmançılar yarışlarda neytral statusda milli bayraq və himn olmadan iştirak edəcəklər.

Ağagül Mürsəlov,
KONKRET.az

Seçilən
19
1
konkret.az

2Mənbələr