Bildirilib ki, Avropa işləri üzrə nazirlər dekabrın 10-11-də keçiriləcək görüşdə Ukraynanın Avropa perspektivi və üzvlük danışıqlarının başlanması məsələlərini müzakirə edəcəklər. Brüsselin məlumatına görə, toplantı saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq və genişlənmə üzrə Avropa komissarı Marta Kos da iclasda iştirak edəcək. Aİ, Ukraynanın üzvlük danışıqlarına başlama prosesinə 2024-cü ildən bəri başlaya bilmədiyi üçün mövzu yenidən gündəmə gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31