Gəncədə yol qəzası olub.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Qazel” markalı yük maşını yol kənarında dayanmış minik maşınına çırpılıb. Zərbənin təsirindən “Qazel” idarəetmədən çıxaraq ağaca dəyib.
Qəza zamanı 1984-cü il təvəllüdlü Mətləb Məsimov və 1982-ci il təvəllüdlü Vüqar Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.