"Eşref Rüya" serialında 'Hıdır Baba' obrazını canlandıran Levent Özdilekin anası Gülseren Güç vəfat edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 93 yaşında dünyasını dəyişən Gülseren Güçün cənazəsinin doğulub böyüdüyü Mersinin Tarsus rayonunda torpağa verilməsi planlaşdırılır.
Məşhur aktyor Levent Özdilek anası Gülseren Güçü itirməyin böyük kədərini yaşayır.
