AZ

Gürcüstanda əcnəbilərin avtomobil alması üzrə rüsumlar artırılır

Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi tərəfindən göstərilən bir sıra xidmətlərin tarifləri artırılır.

Vətəninfo.az  xəbər verir ki, dəyişikliklər həm ölkə ərazisindən tranzit qaydada hərəkət edən nəqliyyat vasitələrinə verilən tranzit nömrələrinə, həm də xarici vətəndaşlar tərəfindən Gürcüstanda satın alınıb ixrac və ya re-ixraca göndərilən avtomobillərə şamil olunur.

Müvafiq qanunvericilik dəyişikliyi artıq Parlamentə təqdim edilib və sənəd sürətləndirilmiş rejimdə müzakirə olunacaq.

Layihəyə əsasən, tranzit nömrələrinin verilməsi üçün xidmət haqqı 50(25 AZN) laridən 370 lariyə(185 AZN) qaldırılır. İxrac və ya re-ixrac üçün nəzərdə tutulan avtomobillərin və kənd təsərrüfatı texnikasının ekspertizası üçün ödəniş 100 lari (50 AZN )əvəzinə 180 (90 AZN)lari olacaq.

Agentliyin struktur bölmələrinin ərazisi xaricində aparılan ekspert yoxlamalarının tarifləri də dəyişir — 130 lari əvəzinə 200 lari müəyyən edilir.

Bundan əlavə, ixrac və ya re-ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitələri üzrə gömrük bəyannaməsinin doldurulması və müvafiq qurumlara məlumatların təqdim edilməsinə görə xidmət haqqı 130 laridən 200 lariyə artırılır.

Yeni layihə çərçivəsində iki yeni xidmət də təsis olunur:

– İxrac və ya re-ixrac üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə tranzit nömrələrinin verilməsi – 150 lari;
– Tranzit nömrəsinin verilməsini təsdiq edən sənədin təqdim edilməsi – 20 lari.

Seçilən
14
veteninfo.az

1Mənbələr