AZ

Mərakeşdə iki bina uçdu: Ölənlər var

Mərakeşin Fəs şəhərində iki bina uçub. Nəticədə ən azı 19 nəfər ölüb, 16 nəfər yaralanıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə dövlət xəbər agentliyi məlumat verib.

Məlumata görə, səkkiz ailənin yaşadığı iki bitişik dördmərtəbəli bina çöküb.

Yaralılar Fəs Universitet Xəstəxanası Mərkəzinə aparılıb. Xilasedicilər ərazidə axtarış işlərini davam etdirirlər, dağıntılar altında insanların qalmış olduğu ehtimal edilir.

Çökmənin səbəbi hələlik məlum deyil.

https://t.me/aznovost/149143?single

"Cebheinfo.az"

Seçilən
41
cebheinfo.az

1Mənbələr