
2029-cu ilin əvvəlində Böyük Britaniyada ilk uçan taksi xidmətini işə salacaq.
AFN.az xəbər verir ki, bu barədə “Vertical Aerospace” şirkəti açıqlama yayılıb. Şirkətin saytındakı məlumata görə, aerotaksi marşrutları Londonun iş bölgəsi Kanari-Uorf ilə əsas nəqliyyat mərkəzləri arasında fəaliyyət göstərəcək. Bu xidmət vasitəsilə Kanari-Uorfdan Hitrou və Gatvik hava limanlarına, həmçinin Kembric və Oksford şəhərlərinə çatmaq mümkün olacaq. Layihə "Skyports Infrastructure" və "Bristow Group" şirkətləri ilə birgə həyata keçiriləcək və tam nəqliyyat infrastrukturu yaradılacaq.
Aerotaksi kimi dörd sərnişin tutumlu elektrik vertolyotu Valo istifadə olunacaq. Şirkət bildirir ki, vertolyot 240 km/saat sürətlə 160 km-dən çox məsafəni qət edə bilir. 2030-cu ilə qədər “Vertical Aerospace” 175 belə vertolyot istehsal etməyi planlaşdırır.