Bakı. Trend:
Amerikanın texnologiya nəhəngi “Intel” Avropa Komissiyasınaqarşı apellyasiya məhkəməsini uduzub. Avropa İttifaqının ÜmumiYurisdiksiya Məhkəməsi korporasiyanın Avropa Komissiyası tərəfindən2023-cü ildə tətbiq edilmiş antiinhisar cəriməsi ilə bağlı verdiyiapellyasiya şikayətini təmin etməyib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, məhkəmə təyin olunan cərimə məbləğinin həddənartıq çox olduğunu hesab edərək onu üçdə bir həcmində ( 376 milyonavrodan 237 milyon avroya) azaldıb.
Qeyd edək ki, Avropa Komissiyası cəriməni onunla əsaslandırırki, 2002-ci ilin noyabrından 2006-cı ilin dekabrınadək “Intel”korporasiyası “HP”, “Acer” və “Lenovo” şirkətlərinə rəqibmikroproses istehsalçıları, ilk növbədə AMD-nin məhsulları ilətəchiz olunmuş cihazlarının buraxılışını təxirə salmaları və yaonlardan tamamilə imtina etmələri üçün həmin şirkətlərlə gizliödənişlər edirdi. Belə ödənişlər tənzimləyici qurumlar tərəfindənrəqabətin birbaşa məhdudlaşdırılması kimi qiymətləndirilib.