Çinin Guangdong əyalətində yaşayış məqsədilə də istifadə olunan bir binada baş verən yanğında 12 nəfər həyatını itirib.
"Cebheinfo.az" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, Şantou şəhərində bəzi hissələri yaşayış sahəsi kimi istifadə olunan 4 mərtəbəli beton binada çərşənbə axşamı gecə saatlarında yanğın baş verib.
Yanğının binanın alt qatında yerləşən məişət texnikası və elektrik cihazları satılan mağazada başladığı və qısa müddətdə yayılaraq 12 nəfərin ölümünə səbəb olduğu bildirilib.
Qeyd olunur ki, binanın alt qatında mağaza və anbar yerləşir, yuxarı mərtəbələr isə yaşayış üçün istifadə olunurdu. Bildirib ki, ticarət və yaşayış sahələrinin bir arada yerləşməsi təhlükəsizlik riskini artırıb.
Yanğının çıxma səbəbi hələlik məlum deyil, hadisə ilə bağlı istintaq davam edir.