AZ

"İstər sonuncu yerdəki "Şimal" olsun, istər lider "Şəfa", bizə fərq etmir"

1-ci Liqanın iddialılarından olan "Zaqatala" 10-cu tur çərçivəsində sabah "Şəfa"nın qonağı olacaq. Bğlgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov ilə əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Əlbəttə, fasilə dönəmində yoxlama oyunu keçirsək, daha yaxşı olardı. "Mingəçevir"lə danışmışdıq, amma alınmadı. Sabahkı matça gəlincə, istər sonuncu yerdəki "Şimal" olsun, istər lider "Şəfa", bizə fərq etmir. Biz hər oyuna qələbə üçün çıxırıq. Başqa nəticə barədə düşünmürük. Asim Babazadə və İbrahim Məmmədov oynamayacaqlar. Biri xəstələnib, o birinin də dizində zədə var. Məşqlərdə də iştirak etməyiblər. Mikrozədələr isə normal haldır. Uğur qazanmaq üçün meydanda əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, "Şəfa" 2-ci turda bölgə təmsilçisini qonaq qismində 4 cavabsız qolla üstələyib. 

Nihat

Seçilən
19
1
fanat.az

2Mənbələr