AZ

Azərbaycanda hotel şirkətinə yeni direktor təyin edilib

Bakıda ilk 5 ulduz kimi fəaliyyətə başlayan “Hyatt Regency Baku” hotelinə yeni baş direktor təyin edilib.

Banker.az xəbər verir ki, Mirzəyev Rəsul Yusif oğlu idarəedici şirkət olan “Bakı Hotel Kompani” QSC-nin direktoru təyin edilib.

Buna qədər Elgün Məmmədov Məmməd oğlu şirkətin direktoru kimi fəaliyyət göstərirdi.

Xatırladaq ki, “Hyatt Regency Baku” və ya “Bakı Hotel Kompani” QSC 1998-ci ildən bu tərəfə fəaliyyət göstərir. Şirkətin 27 118 400 manat nizamnamə kapitalı var.

Qeyd edək ki, 2021-ci ilin noyabrına qədər hotel “Baku Hotel Company” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən idarə olunurdu. Hazırda qeyd edilən hotel “Bakı Hotel Kompani” QSC-yə məxsusdur.

Seçilən
22
1
banker.az

2Mənbələr