Bakı.Trend:
Həsən bəy Zərdabi küçəsi ilə Heydər Hüseynov küçəsininkəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəlihərəkətin təşkili və piyadaların qeyd olunan küçələrdə təhlükəsizşəkildə hərəkətinin təmin edilməsi məqsədi ilə yeni layihə icraolunur.
Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, buna qədər Heydər Hüseynov küçəsindən metronun“20 Yanvar” stansiyası istiqamətində hərəkət olmadığından sürücülərbu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsinikeçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözügedəntrayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinəsəbəb olurdu. Bundan əlavə, həmin ərazidə piyada keçidiolmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu.
Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləriquraşdırılır. Bundan əlavə, Heydər Hüseynov küçəsindən metronun “20Yanvar” stansiyası istiqamətində hərəkət təmin edilir.
Rəqəmsal əkiz simulyasiyalarından istifadə edilərək hazırlanmışlayihədə nəzərdə tutulan dəyişikliklər icra edilərək, piyada vənəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunur, eləcədə piyadaların mobillik ehtiyacları qarşılanır.