AZ

İki bina aşdı, 19 nəfər həlak oldu

Hurriyyet.az xəbər verir ki, Mərakeşin Fəs şəhərində iki bina aşıb. 9 dekabr tarixində baş vermiş hadisə nəticəsində 19 nəfər həlak olub, onlardan 4 nəfəri uşaqdır. Dağıntılar altından iki hamilə qadın çıxarılıb.

Bu barədə Niderlandın "De Teleqraf" qəzeti Mərakeş mətbuatına istinadla məlumat verib.

Yaralıların bir qismi xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır. Ehtiyat tədbirləri görülüb - yerli sakinlər təxliyə edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil.

Hürr Tərcüman

 

Seçilən
95
20
hurriyyet.az

10Mənbələr