AZ

Yasamalda yenə gölməçə problemi Sakinlər narazılıq edir

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 78V ünvanının qarşısında illərdir təkrarlanan problem yenə gündəmə gəlib. Hər il aparılan yol təmirinə baxmayaraq, yağışlı havalarda ərazidə iri gölməçələr yaranır, piyada keçidi tamamilə su altında qalır.Bununla bağlı Demokrat.az-a müraciət edən sakinlərin sözlərinə görə, yolun kənarındakı su axarının və kanalizasiya lyukunun ağzı bağlı olduğundan yağış suları küçədə toplanır və həm piyadaların, həm də sürücülərin hərəkətinə ciddi maneələr yaradır. Piyada keçidinə yaxınlaşmaq mümkün olmadığından insanlar suyun içindən keçməyə məcbur qalırlar.Hadisə yerindən çəkilən fotolarda da görünür ki, yağış suları yolun səthini, səki hissəsini və piyada zolağını tamamilə örtüb. Bu isə həm piyadalar, həm də nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaradır.Problemin həlli ilə bağlı isə aidiyyatı qurumlar hələ ki, lazımı tədbirlər görmək istəmirlər.

Jalə

Demokrat az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
demokrat.az

1Mənbələr