AZ

ABŞ ın Türkiyədəki səfiri: Tramp və Ərdoğan F 35 üzrə çox məhsuldar danışıqlar aparırlar

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan Ankaranın "F-35" qırıcı proqramına mümkün qayıdışı ilə bağlı “son on ilin ən məhsuldar” danışıqlarını aparırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak məlumat verib.

Onun sözlərinə görə, “Birləşmiş Ştatlar Türkiyənin "F-35" proqramına mümkün geri dönüşü və Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket sisteminə malik olması məsələsi ilə bağlı danışıqlar aparır. ABŞ qanunvericiliyinə əsasən, Türkiyə "F-35" proqramındakı iştirakını bərpa etmək üçün "S-400" sisteminə sahiblikdən və onun istismarından imtina etməlidir. Prezident Tramp və prezident Ərdoğan arasındakı pozitiv münasibətlər bu mövzuda son on ildə ən məhsuldar müzakirələrin aparıldığı yeni bir əməkdaşlıq mühiti yaradıb. Ümid edirik ki, yaxın aylarda bu danışıqlar həm ABŞ-ın, həm də Türkiyənin təhlükəsizlik maraqlarına uyğun irəliləyişə gətirəcək”, – diplomat “X” sosial şəbəkəsində yazıb.

Türkiyə 2017-ci ildə Rusiyadan dəyəri 2,5 milyard dollar olan dörd divizion "S-400" hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında “Rostex”in tərkibində fəaliyyət göstərən “Rosoboroneksport” müqavilənin tam icra olunduğunu açıqlamışdı. Türkiyə ilə Rusiya arasında "S-400" sistemlərinin polk komplekti üzrə razılaşma imzalandıqdan sonra Ankara ABŞ-ın yeni nəsil "F-35" qırıcılarının yaradılması proqramından çıxarılıb. Bununla belə, Türkiyənin Müdafiə Nazirliyi dəfələrlə bildirib ki, “S-400”lə bağlı mövqedə heç bir dəyişiklik yoxdur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
bizimyol.info

1Mənbələr