AZ

I Liqa: "Mingəçevir"lə MOİK-dən inamlı, "Baku Sportinq"dən çətin qələbə

Bu gün Azərbaycan I Liqasında 10-cu turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ikinci dövrənin açılış günündə 3 oyun keçirilib.

"Mingəçevir" doğma meydanda "Cəbrayıl" ilə görüşdə inamlı qələbə qazanıb. 

“Baku Sportinq” Buzovnada “Şahdağ Qusar”ı üstələyib.

MOİK isə Binədə "Şimal"ı sınağa çəkib. "Hərbçilər" aşkar autsayderə qalib gəlib.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Azərbaycan I Liqası
10-cu tur
10 dekabr
  

“Mingəçevir” – “Cəbrayıl” 2:0
Qollar:
S.Abdullayev, 16-pen. Q.Səfərov, 52.

“Baku Sportinq” – “Şahdağ Qusar” 2:1
Qollar:
L.Stevanoviç, 1. X.Məmmədli, 28 - R.Voronsov, 23.

MOİK – “Şimal” 2:0
Qollar:
S.Fərəcov, 20-pen, 71. 

Seçilən
21
fanat.az

1Mənbələr