AZ

Qiymət artımından, kasıblardan danışın, ət 22 ₼ olub Tolik hirsləndi

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Aparıcı Tarix Əliyev (Tolik) qiymət artımlarından gileylənib.

O, aparıcısı olduğu verilişdə bahalıqdan söz açmayan həmkarlarına irad tutub:

“Niyə mən burada xalqın, dövlətin problemlərini işıqlandıra bilirəm, qiymət artımından danışa bilirəm, siz yox? Ətin kilosu 22 manatdır, qarğıdalı yağı da 7 manat olub. Şəkər tozu, qəndin qiymətlərindən danışın. Camaat qışda 200 manat qaz pulu, 100 manat da işıq pulu ödəyəcək. Niyə bunlardan danışmırsınız?

Məni qoyurlar, sizi yox?! Sizinki odur ki, ancaq camaatın ərindən, arvadından, oynaşından danışasız. Mən də danışıram, amma bundan da danışın”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
icma.az

1Mənbələr